Emil Balayevsiz "Ayntraxt"dan 4 cavabsız qol

00:30 15 Mart 2015

Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, azərbaycanlı futbolçu Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç 4:0 hesabıyla qapıçımızın komandasının xeyrinə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, Balayevin komandası hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti