“Xəzər Lənkəran” AZAL-la oyuna hazırlaşır

01:02 15 Mart 2015

Azərbaycan kuboku ilə vidalaşan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.

 

 

Sportarena.az xəbər verir ki, komanda ötən gün saat 11:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirib.

 

Bütün futbolçular hazırlıq prossesində iştirak ediblər. Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan və son günlər artıq zədəsini sağaltmaq üzrə olan gənc müdafiəçi Ruslan Cəfərov isə fərdi qaydada çalışıb. Komandanın növbəti məşqi bu gün saat 16:00-da ehtiyat meydançada olacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində martın 18-də AZAL-la səfərdə qarşılşacaq. (12cioyuncu.info)

 


Digər xəbərlər

Xəbər xətti