İstanbul derbisində dəhşət dolu anlar yaşandı - FOTO

11:46 15 Mart 2015

Bu gün Türkiyə Basketbol Liqasının mərkəzi qarşılaşmasında İstanbulun məhşur "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gəlib.   

 

 

Sportarena.az xəbər verir ki, gərgin keçən derbidə xoşagəlməz olay yaşanıb. Qarşılaşmanın 2-ci periodunda qonaq komandanın üzvü, Türkiyənin məhşur basketbolçularından sayılan Kərəm Gönlümün çənəsi rəqib komandanın üzvlərindən birinin diz zərbəsinə tuş gəlib. Toqquşma o qədər güclü olub ki, Kərəm Gönlüm huşunu itirərək yerdə hərəkətsiz qalıb. Dili nəfəs borusuna gedən basketbolçuya yardım etmək üçün həkimlər dərhal meydana qaçıblar.   

 

Tribunada yer alan basketbolçunun həyat yoldaşı Elif Gönlüm də göz yaşları içində ona tərəf qaçıb. İlk tibbi müdaxilədən sonra təcili yardım maşınıyla xəstəxanaya aparılan təcrübəli basketbolçunun həyatı üçün təhlükənin olmadığı bildirilir. Amma onun zədəsinin nə dərəcədə ciddi olduğu və müalicəsinin nə qədər davam edəcəyi həkimlərin yekun rəyindən sonra açıqlanacaq. Gecəni xəstəxanada keçirməli olan Kərəmin beyin tomoqrafiyasının da çəkiləcəyi gözlənilir.   

 

Xatırladaq ki, İstanbul derbisi "Qalatasaray"ın 65:64 hesablı qələbəsiylə yekunlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti