Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü keçirilib.
Sportarena.az xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə və II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş turnirdə K-1 qaydaları üzrə 5 çəki dərəcəsində 10 döyüş baş tutub.
Yarışda yekun hesab 6:3 hesabı ilə Rusiyanın xeyrinə başa çatıb, bir heç-heçə qeydə alınıb.
Rusiya Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Vadim Ukraintsev yarışdan əvvəl bunları bildirib:
“Azərbaycan yığması çox güclüdür. Siz burada bir nömrəli idmançıları görəcəksiniz. Əlbəttə ki, belə döyüşçüləri görmək gənclər üçün böyük stimuldur”.