Hakan Çalkanoğlu: "Adımın “Barselona” ilə hallanması qürurvericidir"

12:24 15 Mart 2015

“Bayer Leverkuzen”in ulduz futbolçusu Hakan Çalkanoğlu Türkiyə yığmasına qayıtmaq üçün səbirsizləndiyini bildirməklə yanşı, həm də adının “Barselona” ilə hallanmasından qürür duyduğunu bildirib.

 

Sportarena.az xəbər verir ki, TRT-nin müxbirnin suallarını cavablandıran Çalkanoğlu, “Fatih Terim, ÇL-dəki “Atletika Madrid”lə matçı izləmək üçün sağ olsun ki, buraya qədər gəldi. Amma, matçdan sonra birbaşa otelə getdi və üz-üzə yox, telefonla danışa bildik. Vacib bir söhbət oldu. İnşallah yığmada yaxşı günlər yaşayacayıq. Hollandiya ilə oyuna dəvət alsam, əlimdən gələni edəcəm. Qrupdan çıxmaq şansızmız azdır, amma, heç bir şey də imkansız deyil. Hollandiyanı məğlub etsək, digər matçlarda da qələbə qazana bilərik”. – deyə bildirib.

 

“Barselona” ilə də adının hallanmasına münasibət bildirən Hakan, “Adımın “Barselona” ilə hallanması qürurvericidir. Bu mövzu ilə menecerim maraqlanır. Özümü hazırkı klubumda xoşbəxt hiss edirəm. Burada öz hədəflərim var”. – deyib


Xəbər xətti