Raul: "Həmişə onların arxasındayam"

16:10 15 Mart 2015

Son vaxtlar əldə etdiyi uğursuz nəticələrlə tənqid obyektinə çevrilmiş "Real"a əfsanəvi futbolçusu Raul Qonzalesdən dəstək gəlib.

 

Sportarena.az xəbər verir ki, Raul sabiq klubunun yenidən əvvəlki formasını bərpa edəcəyinə əmindi:

"Mövsümün əvvəlindən bir ay öncəyə qədər "Real" qələbələri sıraladığı zaman heç kim danışmırdı. 22 oyunluq qələbə seriyasından sonra isə hamı "Real"ın oyunçularına təriflər yağdırırdı. Ancaq son bir aydakı uğursuz nəticələrdən sonra komandanın üzvlərinin səviyyəsinə şübhə ilə yanaşmağa başlayıblar. Mən bu komandaya inanıram. Həmişə onların arxasındayam. "Real"ın mövsümün əvvəlindəki formasını bərpa edəcəyinə əminəm".

"Real" qış fasiləsinə qədər ardıcıl qələbələrlə rəqiblərini üstələsə də, son bir aydakı xal itkiləriylə əzəli rəqibi "Barselona"nı turnir cədvəlində özündən irəli buraxıb.

Raul 15 il "kral klubu"nun şərəfini qoruyub. O, bu müddətdə 6 dəfə İspaniya çempionluğu və 3 dəfə Çempionlar Liqasını qazanıb. Hazırda "Nyu York Kosmos"un şərəfini qoruyan futbolçu, "Real"ın tarixi ərzində ən sərrast futbolçusudu.

 


Digər xəbərlər

Xəbər xətti