“Tottenxem”in müdafiəçisi Yamayka yığmasında çıxış edə bilər

17:04 15 Mart 2015

İngiltərənin “Tottenxem” futbol klubunun müdafiəçisi Denni Rouz Yamayka yığmasında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərə yığmasından dəvət gözləsə də, baş məşqçi Roy Xocson müdafiəçini milliyə çağırmır.

Yamayka Futbol Federasiyası hazırda D.Rouz ilə danışıqlar aparır. Futbolçu yayda Çilidə təşkil olunacaq Amerika kuboku yarışlarında Yamayka millisinin heyətində debüt edə bilər.

Babası yamaykalı olan D.Rouz İngiltərənin gənclər və yeniyetmələrdən ibarət millisinin heyətində çıxış edib və “London-2012” Olimpiya Oyunlarında mübarizə aparıb.
 


Digər xəbərlər

Xəbər xətti