RƏSMİ: "Feyenoord" "Fənərbağça"dan Kuytu istəyir

18:08 15 Mart 2015

"Feyenoord" klubunun direktoru Erik Gudde "Fənərbaxça"nın futbolçusu Dirk Kuytu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, klub rəsmisi mövsümün sonunda hollandiyalı futbolçunu yenidən komandaya qaytaracaqlarını deyib:

"Kuytun mövsümün sonunda "Fənərbaxça" ilə müqaviləsi başa çatır. Onunla maraqlanırıq və sabiq futbolçumuz da "Feyenoord"a gəlmək istəyir. Yaxın zamanda bu transferi rəsmi saytımızdan açıqlayacağıq".

Qeyd edək ki, Kuyt 2003-2006-cı illərdə "Feyenoord"un şərəfini qoruyub. 

 


Digər xəbərlər

Xəbər xətti