"Çelsi" PSJ-nin cavabını verdi: "Yaddaşı qısa olanlar üçün..." - FOTO

18:14 15 Mart 2015

"Çelsi" "Liverpul"un keçmiş futbolçusu Ceymi Karrager və "Benfika"nın sabiq baş məşqçisi Qrem Sunesin cavabını verib.

 

Sportarena.az xəbər verir ki, hazırda "Sky Sports"da ekspert kimi çalışan futbol biliciləri Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "zadəganlar"ın Zlatan İbrahimoviç üçün hakimdən qırmızı vərəqə tələb etmələrini rüsvayçılıq adlandırmışdı. London klubu rəsmi "İnstagram" hesabından "Yaddaşı qısa olanlar üçün..." - başlığı altında şəkil paylaşıb. Həmin fotoda Karrager və Sunesin hakimlərlə necə mübahisə etdikləri əks olunub. 


Digər xəbərlər

Xəbər xətti