"Xəzər Lənkəran"ın qapıçısı və kapitanının son durumu

23:39 15 Mart 2015

Premyer Liqanın XXVI turunda AZAL klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.
 


Sportarena.az xəbər verir ki,  martın 15-də növbəti məşqini keçirib. Saat 17:00-da stadionun ehtiyat meydançasında başlayan hazırlıq prossesi saatyarım sürüb. Zədəsini sağaltmaq üzrə olan Ruslan Cəfərov komandadan ayrıca Covanni Melkiorenin rəhbərliyində məşq edib. Alfred Sankou qasığ nahiyəsində ağrılar hiss etdiyindən əvvəlcə trinajorlarda çalışıb sonra isə meydançaya gələrək qaçışla kifayətlənib.

 

Qapıçı Vyakeslav Tomiç dizində və dirsəyində zədə olduğu üçün Bakıda müayinə olunur. Lakin Xorvat qapıçı böyük ehtimalla AZAL-la görüşdə qapını qoruyacaq. Kapitan Rahid Əmirquliyev isə baş məşqçinin qərarı ilə istirahət etdiyindən martın 15-dəki məşqə qatılmayıb. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti