Ukraynanın prezidenti Pyotr Pororşenko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsini istəyir.
Sportarena.az xəbər verir ki, dövlət başçısı bu barədə deyib:
"Düşünürəm ki, 2018 mundialının boykotunu müzakirə etmək lazımdır. Rusiya ordusu Ukraynada olduğu müddətdə dünya çempionatının bu ölkədə təşkil olunması yolverilməzdir. Deyirlər ki, futbolu siyasətə qarışdırmaq olmaz. Bu necə mümkündür?Ukraynanın ən tanınmış klublarından biri (red. Shakhtar) Rusiyanın ölkəmizə təcavüzü ucbatından ev oyunlarını Lvovda keçirmək məcburiyyətindədir. Çünki Donetski rus əsgərləri tutublar".