Amit oynamadı, komandası darmadağınla üzləşdi

01:23 16 Mart 2015

Portuqaliya ikinci liqasında 34-cü turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Leyksoeş"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Lissabon təmsilçisi hazırda 32 xalla 23-cü pillədə qərarlaşıb.

 


Xəbər xətti