Madrid “Real”nın sabiq futbolçusu Bakıya gəldi

11:11 16 Mart 2015

Bu gün Bakı-2015-in çimərlik futbolu turnirinin püşkü atılacaq.

 

 

Sportarena.az xəbər verir ki, “Fairmont” otelində keçirilən tədbirdə bir sıra məşhur simalar da qatılıb.

 

Komandaların adlarını səbətdən çıxarmaq üçün isə Fransa millisinin sabiq futbolçusu Kristian Karambö ölkəmizə dəvət olunub. 1998-ci ilin dünya çempionu qrupların tərkibinin müəyyənləşməsində iştirak edəcək.

 

Onunla yanaşı, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də tədbir iştirakçıları arasındadı.

 

Qeyd edək ki, Fransa millisində 53 oyuna 1 qol vuran Karambö 2000-ci ildə Avropa çempionu, 2001-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub. İspaniya “Real”ı 1998 və 2000-ci illərdə Çempionlar Liqasının qalibi olan fransalı 17 il əvvəl UEFA Superkubokunu da qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti