Yığmamız BƏƏ ilə qarşılaşacaq

11:21 16 Mart 2015

Kiprdə keçirilən qadınlar arasında “Afrodita kuboku”nda qrup mərhələsinə yekun vurulub.

 

 

Sportarena.az xəbər verir ki, 21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin mübarizə apardığı B qrupunda Malta ilə Bəhreyn üz-üzə gəlib.

 

Bu matçda qalib müəyyənləşməyib – 1:1. Bu nəticədən sonra Kiprdə 0:1 hesabı ilə uduzan Patrisya Qonzalesin yetirmələri qrupda 3-cü olub. A qrupunun liderləri Yunanıstanla Latviyanın oyununda Ellada təmsilçisi darmadağına sevinib – 4:1. BƏƏ isə Livan üzərində 3:0 hesablı qələbə qazanıb və 3-cü yeri tutub.

 

Bu nəticələrdən sonra martın 18-də baş tutacaq həlledici oyunlarda üz-üzə gələcək cütlər bəlli olub. 1-ci yer uğrunda Yunanıstanla Kipr, 3-cü yer üçün isə Latviya ilə Malta qarşılaşacaq. Yığmamız 5-ci yer uğrunda görüşdə BƏƏ-ni sınağa çəkəcək. Autsayderlərin duelində isə Bəhreynlə Livan münasibətlərinə aydınlıq gətirəcək.

 


Digər xəbərlər

Xəbər xətti