"Simurq" 27-ci oldu

12:10 16 Mart 2015

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları yarımfinala vəsiqə qazanan 4 klubun adına aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən (3:0, 0:0) “Qəbələ”ni məğlub edən “Simurq” tarixində ilk dəfə bu mərhələyə yüksəlib. İndiyədək kubokun yarımfinalına vəsiqə qazana bilməyən Zaqatala təmsilçisi buna nail olan 27-ci klubdur.

Belə ki, 1992-ci ildən bunadək əvvəlki 22 mövsümdə 26 komanda ən güclü 4 klub sırasına düşə bilmişdi. “Neftçi” hamıdan çox – 14-cü, “Qarabağ” 12-ci dəfə bunu bacarıb. “İnter” isə 8-ci uğuru ilə “Bakı” və “Xəzər Lənkəran”a çatıb.

Azərbaycan kubokunun yarımfinalçıları: “Neftçi” 14, “Qarabağ” 12, “Bakı”, “İnter”, “Xəzər Lənkəran” 8, “Kəpəz” 5, “Qəbələ”, “Turan”, “Kür-Nur”, “Xəzri” 3, AZAL, “Şəmkir”, “İnşaatçı” (Bakı), “MKT-Araz” 2, “Xəzər” (Sumqayıt), “Şəfa”, “Bakı fəhləsi”, ”“Bakılı”, “Viləş”, “Karvan”, “Xəzər” (Lənkəran), “Tərəqqi”, “Fərid”, “İnşaatçı” (Sabirabad), “Göyəzən”, “Rəvan”, “Simurq” 1 dəfə.

 


Digər xəbərlər

Xəbər xətti