Vüqar Nadirov ilkə imza atdı

12:14 16 Mart 2015

Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk het-trik qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, 1/4 final mərhələsinin “Bakı” ilə səfərdəki cavab oyununda vurduğu 3 qolla “Qarabağ”ın 4:1 hesablı qələbəsində pay sahibi olan Vüqar Nadirov ilkin müəllifi kimi tarixə düşüb. Kubok yarışlarında 2013/14 mövsümündə də bir oyunda 2-dən artıq qol vuran olmamışdı. Sonuncu het-trik isə 2012/13 mövsümünün 1/4 final mərhələsində qeydə alınmışdı. İndiki kimi cavab oyunları çərçivəsində keçirilən matçlar zamanı Ağabala Ramazanov het-trikə imza atıb. O, 2013-cü il martın 7-də “Rəvan”la ev oyununda fərqlənib. Maraqlıdır ki, həm Ramazanov, həm də Nadirov qollardan birini 1-ci, ikisini 2-ci hissədə vurub. Azərbaycan kubokunda iki het-triki 736 gün ayırıb.

 


Digər xəbərlər

Xəbər xətti