Almaniyanın Cənub Regional Liqasında 23-cü turun oyunları keçirilir.
Sportarena.az хəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbrukken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Tsvaybrükken"lə qarşılaşıb. Rüfətin komandası səfər matçından minimal hesablı qələbə ilə ayrılıb - 1:0. Millimizin üzvü sabiq komandası ilə oyunun 87-ci dəqiqəsində meydana çıхıb.
Qeyd edək ki, "Saarbrukken" hazırda 49 xalla 3-cü pillədə qərarlaşıb.