Martın 22-də təlim-məşq toplanışı üçün bir araya gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının planlarında dəyişiklik olub.
Sportarena.az xəbər veirir ki, U-21-in baş məşqçisi Yaşar Vahabzadə apasport.az saytına açıqlamasında hazırlığı ölkə daxilində keçəcəklərini bildirib.
Yığmamız öncədən Sloveniyaya yollanmağı planlaşdırsa da, bu baş tutmayacaq və komanda məşqlərini Bakıda edəcək. Vahabzadə yoxlama görüşündə üz-üzə gələcəkləri klubların adlarını da çəkib: “Tərlan Əhmədov və Qurban Qurbanov bizimlə yoxlama görüşü keçirməyə razılıq veriblər. Ancaq AZAL və “Qarabağ”la konkret hansı tarixdə qarşılaşacağımız bəlli deyil. Buna Premyer Liqanın qarşıdakı turundan sonra aydınlıq gələcək. Klubların hazırlıq planı hələ bilinmir. Onların təklif edəcəyi tarixdə oyun keçirəcəyik”.
Qeyd edək ki, U-21 yığmamızın təlim-məşq toplanışı martın 22-dən 28-dək baş tutacaq.