Şahin Diniyev: "Futboçular Prosineçkinin “gözünə girməy”ə çalışır"

14:00 16 Mart 2015

Azərbaycan Milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev sportarena.az saytına açıqlama verib.

 

Diniyev açıqlamasında milli komandamızın Malta ilə oyundakı şanslarını dəyərləndirib: “Yeni məşqçinin gəlişi futbolçularda motivasiyanın artmasına səbəb olub. Antaliyadakı toplanış zamanı, həm də Premyer Liqadak oyunlarda oyunçuların özünü yaxşı tərəfdən göstərməyə çalışdığını görürük. Sözün yaxşı mənsında futboçular Prosineçkinin “gözünə girməy”ə çalışır. Malta ilə olacaq oyunda ustalıq səviyyəsi yüksək olacaq ki, bu da millinin qələbəsi ilə nəticələnə bilər”.

 

 

Diniyev, “Kayserispor”da forma geyən qapıçı Kamran Ağayev barədə də fikirlərini bölüşüb: “Kamranın əsas heyyətdə oynamasını baş məşqçinin öhdəsinə buraxaq. Mənim nə isə deməyim düzgün deyil. Prosineçkinin futbola baxışı başqa, mənim baxışım başqa... Komandanın daxilində olan odur və məncə, daha yaxşı seçimi də o edə bilər”.

 

 

Şahin Diniyev yığma komandaya dəvət almış Coşqun Diniyevin hələ üzərində çox işləməli olduğunu vurğulayıb:  “Coşqun yolun başlanğıcındadır. O, hələ futbolçu deyil, futbolçu olmağa çalışır. Bu yolda çox çalışmalıdır. Çatışmayan cəhətləri var, aradan qaldırmalıdır. Gənc yaşında bünövrəsin necə qoydusa sonrası da elə gələcək”.


Digər xəbərlər

Xəbər xətti