“Qarabağ” yaxın vaxtlarda müdafiəçisi Bədavi Hüseynovla üç illik müqavilə imzalayacaq.
Sportarena.az xəbər verir ki, bu haqda Qol.Az saytına klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Azərbaycan millisinin də müdafiəçisi olan B.Hüseynovun Ağdam təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.
Əmrah Çəlikəlin sözlərinə görə, müqavilənin müddətinin uzadılması ilə bağlı B.Hüseynovla razılıq əldə olunub. Klub rəsmisi gənc futbolçunun “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olmuş Ukrayna “Dnepr”inin maraq dairəsinə düşdüyünü təsdiqləyib.
“Dnepr” nümayəndələri Bədavinin oyununu izləsələr də, klubumuza rəsmi təklif irəli sürməyiblər” – deyə Ə.Çəlikəl bildirib.