Futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyev sportaren.az saytına müsahibə verib.
- Avropa Çempionatının seçmə mərhələsində şanslarınızı necə qiymətləndirirsiz?
– Millinin təlim-məşq tolanışı indi də davam edir. İlk oyunumuz martın 18-də Belçika millisinə qarşı olacaq. Bu gün onların oyununun videoyazısına baxdıq. Baş məşqçimiz rəqibə qarşı hansı taktikaynan oynayacağımızı başa saldı. İnşallah ilk oyunumuzda qələbə qazanarıq. Ev sahibi olduğumuz üçün qələbə vacibdir. Qrupun birincisi olub birbaşa vəsiqəni əldə etmək istəyirik. Ukrayna və Danimarka oyunu bizim oyundan öncə olacaq. Onlarla da yaxından tanış olmağa çalışacayıq.
- Rəqiblərdən hansı sizə ciddi problem yarada bilər?
– Hər oyunun öz önəmi var. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxırıq. Amma, rəqiblərə də hörmətlə yanaşmaq lazımdır. Avropa Çempiuonatında zəif komanda olmur. Nisbətdə götürsək, Ukrayna Belçikadan daha güclüdür. 2014-cü ildə bu komandalar eyni qrupda yer almışdı və Ukrayna qrup lideri oldu.
- Futzal millisində legionerlərin çox olması bəzən narazılıqla qarşılanır...
– Bütün ölkələrdə legionerlər var. Hər kəs istəyir ki, nəticə qazansın və nəticə üçün də legioneri milliləşdirməlisən. Bizdə əvvəlki illərə nisbətən daha az legioner var. Yerli futbolçuların sayı çoxalıb.
– Məşqçinin işini necə qiymətləndirirsiz?
– Məşqçinin ilk ilidir. Məşqlərdə cavan oyunçulardan tutmuş təcrübəlilərə qədər şans verib. Ən güclüləri milli üçün seçməyə çalışır. Kim yaxşıdırsa, o da millidə oynayacaq.
- Azərbaycan çempionatının səviyyəsində artım varmı?
– Bu ilki çempionatda legionerlərin sayı daha çoxdur. Hər komandada legioner var. Yeni yaranan “Xəzər Adaları”nın heyyətinin əksəriyyəti legionerdi. Zəif komanda qalmayıb. Artıq “Araz”a qarşı iddialı rəqiblər formalaşıb. Çempionat daha maraqlı olacaq.
Rahim Şaliyev