"Azərbaycan futbolu son illərdə alman məktəbinin təsiri altında inkişaf edir"

18:29 16 Mart 2015

Serbiyanın U-17 yığmasının baş məşqçisi Deyan Qovedaritsa Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsinin oyunları haqda danışıb. 

 

 

Sportarena.az xəbər verir ki, Serbiya mətbuatına danışan 45 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan Azərbaycan millisinin son illər inkişaf etdiyini bildirib:

"Bakıdakı rəqiblərimizdən heç biri ilə daha öncə oynamamışıq. Ancaq bu elə də əhəmiyyət kəsb etmir. Çünki bu yaş yığmalarda hər şey sürətlə dəyişir. Azərbaycan futbolu son illərdə alman məktəbinin təsiri altında inkişaf edir. Portuqaliya ənənəvi olaraq bütün aşağı yaş qruplarından ibarət yığmalarda uğurlu təsir bağışlayır. Xorvatiya da həmçinin. Ona görə də biz qarşıdakı oyunlara ciddi yanaşırıq".

Qeyd edək ki, Avropa çempionatının elit mərhələsinin  ilk oyunun sabah Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 22-də millimizlə üz-üzə gələcək. 

 


Digər xəbərlər

Xəbər xətti