“Xəzər Lənkəran”ın sabiq futbolçusu Oqtay Drəlioğlu yenidən kluba qayıda bilər.
Sportarena.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, klubun fəxri prezidenti Mübariz Mənsimov artıq onunla söhbət edərək klubda nə iş görəcəyi barədə də təlimatlandırıb. Dərəlioğlu, “ağ-yaşıllar”ın genişləndiriləcək futbol akademiyasının cavabdehi təyin edilə bilər. "Xəzər Lənkəran" Gənclər İnkişaf Proqramının rəhbəri olmuş İlhan Akgülün ona köməkçi təyin ediləcəyi gözlənilir.
Həmçinin, klubun gənc komandalarına yeni bazasının qurulacağı də gözlənilir.
Qeyd edək ki, Oqtay “Xəzər Lənkəran”a ötən il də gətirilə bilərdi. Məsələnin bu ilə qədər yubanması Palmali şirkətində yaşanan maliyyə sıxıntıları ilə bağlı olub. Belə ki, klub akademiyasının genişləndirilməsi planları maliyyə sıxıntıları ilə əlaqədar təxirə salınmışdır.