Millimiz son məşqinə çıxdı - FOTOLAR

22:14 16 Mart 2015

Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raunduna hazırlaşan U-17 komandamız bu gün təlim-məşq toplanışının son məşqini keçirib. 

 

 

Sportarena.az xəbər verir ki, “Əlincə” Futbol Klubunun təlim-məşq bazasında baş tutan hazırlıqda ilk öncə isinmə hərəkətləri icra olunub. Ardınca ikili top çalışmaları tapşırığı verilib. Müxtəlif maneələrdən keçməklə fiziki hazırlığın artırılmasına çalışan futbolçular sonda ikitərəfli oyunla məşqi yekunlaşdırıb. 

 

 

Xatırladaq ki, U-17 millimiz sabah saat 16:30-da “Bakcell Arena”da qrupun ilk oyununda Xorvatiya ilə qarşılaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti