Subaşiç oynadı, komandası darmadağın oldu

11:57 17 Mart 2015

Türkiyə çempionatının I liqasında XXIV tura yekun vurulub.

 

 

Sportarena,az xəbər verir ki,  turun son qarşılaşmasında “Karşıyaka” ilə “Manisaspor” üz-üzə gəlib.

 

Hər iki komandanın heyətində Azərbaycan təmsilçisi olsa da, yalnız Branimir Subaşiç meydana çıxıb. Manisalıların hücumçusu 90 dəqiqə meydanda olub. “Karşıyaka”nın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Şükürova ehtiyac olmayıb.

 

Qeyd edək ki, xal hesabını 36-ya çatdıran “Karşıyaka” 8-ci, 23 xalı olan “Manisaspor” 16-cı yerdə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti