Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək kişi basketbolçular arasında “Novruz” turnirinin iştirakçılarının və oyunlarının təqvimi açıqlanıb.
Sportarena.az xəbər verir ki, ənənəvi keçirilən yarışda Azərbaycan millisi ilə yanaşı, 5 komanda gücünü yoxlayacaq.
Bu komandalar 4 ölkəni təmsil edəcəklər. Yığmamızın rəqibləri Özbəkistan millisi, bu ölkənin “Universitet” (Daşkənd), Qırğızıstanın “Tulpar-SKİF” (Bişkek), Qazaxıstanın “Kapşaqay” (Kapşaqay) və “Kaspi” (Aktau) klubları olacaq.
Turnirin açılış matçında Elxan Əliyevin yetirmələri Kapşaqay təmsilçisi ilə oynayacaq.
Yarışın təqvimi
17 mart
12:00. “Kapşaqay” – Azərbaycan
14:00. “Kaspi” - Özbəkistan
18:00. “Tulpar-SKİF” - “Universitet”
18 mart
12:00. “Universitet” - Azərbaycan
14:00. “Kaspi” - “Kapşaqay”
16:00. “Tulpar-SKİF” - Özbəkistan
19 mart
12:00. “Kapşaqay” - “Universitet”
14:00. Azərbaycan - Özbəkistan
16:00. “Tulpar-SKİF” - “Kaspi”
20 mart
12:00. Azərbaycan - “Kaspi”
14:00. “Universitet” - Özbəkistan
16:00. “Tulpar-SKİF” - “Kapşaqay”
21 mart
12:00. Özbəkistan - “Kapşaqay”
14:00. “Universitet” - “Kaspi”
16:00. “Tulpar-SKİF” – Azərbaycan