Rəcəb Fərəczadə: "Bu insan topla olanda dəli kimidir" - MÜSAHİBƏ

13:28 17 Mart 2015

Futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Rəcəb Fərəczadənin sportarena.az saytına müsahibəsi:

 

 

- Qarşıdakı üç oyuna necə hazırlaşmısız?

– Bakıda hazırlaşmışdıq. Sonra Belarusiyada 13 günlük təlim-məşq toplanışı oldu. Bu ayın 9-da yenidən toplaşdıq və qrupdakı oyunlara hazırlşırıq. Oyuna bir gün qalıb. Bizim üçün vacib ilk oyundur. Belçika ilə oyundan çox şey aslıdır. “Play-off”- a çıxmağımız ilk oyundan asılıdır. Əgər ilk oyunda qalib gəlsək, məncə böyük ehtimalla qrupu adlayacayıq. Mənim üçün bu qrup 1 oyundan ibarət olacaq. Belçikanı məğlub etsək, çox şeyi həll eədəcəyik.

 

- Rəqiblərin oyununu təhlil etmisiniz?

– Belçika ərəblərdən ibarətdir. Taktiki güclü olmasalar da, texniki cəhətdən superdilər. Fikrimcə dünyanın ən yaxşı futbolçusu orada oynayır. Onlarda Bali adlı futbolçu var. Dəhşət oyun göstərir, super texnikalı futbolçudur. Bu insan topla olanda dəli kimidir.

 

- Rəqiblərdən hansı daha güclüdür?

– Üç rəqibdən ən güclüsü Ukraynadır. Belçika da Ukraynadan geri qalmır. Danimarkanı da hesabdan silmək olmaz. Bizim əsas oyunumuz Belçika ilə ilk oyundur.

 

- Meydanda olacaq dördlük məlumdurmu?

– Məşqçimiz məşq zamanı bütün oyunçulara şans verib, yoxluyub. Düşünürəm ki, təqribi olaraq məlumdur. Amma, bu mənim fikirlərimdir. Məşqçinin nə düşündüyünü bilmək olmaz. Bəlkə də artıq müəyyənləşdirib, bəlkə də yox...

 

- Məşqçinin ilk çətin sınağı olacaq. Əvvəlki və yeni məşqçi arasında hansı fərqlər var?

– İnsanlıq baxımından yeni məşqçi çox yaxşıdır. Zarafatın da, ciddi olmağın da yerini bilir. Futbolçularla dostluq etməyi də bacarır. Alesiyo daha çox taktiki futbola üstünlük verirdi, yeni məşqçi isə daha çox texniki futbola üstünlük verir. Xoşlayır ki, futbolçu öz fərdi ustalığını da göstərə bilsin. Sırf ispan məktəbi kimidir.

 

- Azərbaycan futzal çempionatının səviyyəsində artım hiss etmisinizmi?

– Məncə bu il son 8 ilin ən maraqlı çempionatı keçirilir. “Araz” hal-hazırda 3-cü yerdə gedir. Axrıncı belə hadisə nə vaxt olub yadıma gəlmir. Güclü komandalar da, rəqabət də artıb. 5 yaxşı komanda var. Çempionat maraqlı keçir. Güclü klubların sayı artsaydı, azərbaycan futzalçıları da qıraqda qalmaz, komandalarda oynaya bilərdi.

 

- Futzala maraq necədir? Stadionlara azarkeşlərin gəlişindən, oyunların işıqlandırılmağından razısınızmı?

– Mərkəzi oyunlara azarkeşlər gəlir. Digər oyunlarda az olur. Televiziyada böyük futboldakı kimi futzaldan da canlı oyunları versələr maraq artar. Hazırda eşitdiyimə görə, “Xəzər Adaları” uşaqlar üçün futbol məktəbi də açır. Bunlar yaxşı haldır. Milli komandaya yaradılan şərait çox yaxşıdır. Sağ olsunlar ki, bütün oyunlardan öncə və sonra bizə yaxşı şərait yaradırlar.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti