“AZAL güclü komandadır. Onlara qarşı oynamaq heç də asan olmayacaq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko deyib.
O, sabah Topaz Premyer Liqasının 26-cı turunda AZAL-a qarşı keçirəcəkləri oyundan danışıb: “Bizim üçün 3 xal çətin olacaq. Amma öz oyunumuzu göstərməyə və səfərdən xal qazanmağa çalışacağıq. Kubokda mübarizəni dayandırdıqdan sonra çempionatda yaxşı çıxış etməliyik. İnanıram ki, yaxşı nəticə olacaq”.
Afrikalı futbolçu komandanın bu vəziyyətindən narahat olduğunu da sözlərinə əlavə edib: “Qış fasiləsindən sonra 6 oyundan 5-ni məğlub olmuşuq. Bu çox pisdir. Mən belə vəziyyətə nifrət edirəm. Hər dəfə uduzmaq olmaz. Cəmi bir qələbəmiz var. Buna soy qoyub uğur qazanmalıyıq. Ən azından heyət də pis deyil. Əlimizdən gələni etməliyik”.