"Bursaspor"un futbolçusu qəzada həyatını itirdi - FOTO

14:24 17 Mart 2015

Türkiyədə daha bir futbolçu dünyasını dəyişib. Son günlərdə bu, artıq ikinci ölüm xəbəridir. Amma bu dəfə qəza üzündən.

 

 

Sportarena.az xəbər verir ki, bir neçə gün əvvəl “Beşiktaş” futbol məktəbinin yetirməsi Servet Dündar küçədə soyğuna məruz qalmış və aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişmişdi.

 

Dünən isə yük avtomobilinin aşması nəticəsində “Bucaspor”un U-17 komandasının üzvü Ömər Teymur həyatını itirib.

 

Hadisə İzmirdə Turqut Ozal küçəsində baş verib. Qəzaya yolun yararsız vəziyyətdə olması səbəb olub. Belə ki, maşının dərin çuxura düşməsi nəticəsində sürücü sükanı itirib və maşın aşıb. Qəzada dünyasını dəyişən Ömerin məşqdən qayıtdığı bildirilib. Ondan başqa, daha 3 nəfər ağır yaralanıb.

 


Digər xəbərlər

Xəbər xətti