Musleranın qiyməti düşdü

14:29 17 Mart 2015

“Qalatasaray”ın qapıçısı Fernando Muslera cari mövsümdəki çıxışıyla klubunu təəccübləndirib. İddialara görə, qapıçının performansında zəifləmə olduğunu düşünən komanda onun transfer qiymətində “endirim” edib.

 

 

Sportarena.az xəbər verir ki, ötən mövsüm “Qalatasaray” forması ilə 39 matça çıxan uruqvaylı qolkiper 41 top buraxmışdı. Bu mövsüm isə 30 matçda 43 dəfə məyus olub. Çempionlar Liqasında çıxdığı 5 matçda isə qapısında 15 top  görüb.

 

O, cəmisi çıxdığı 6 matçda qapısını toxunulmaz saxlaya bilib. Bu da onun transfer qiymətinə təsir edib.

 

Musleranın ötənilki qiymətiylə indiki arasında 1 milyon avroluq fərq var. Yəni uruqvaylı qapıçının qiyməti 18 milyon avrodan 17 milyon avroya düşüb.

 


Digər xəbərlər

Xəbər xətti