Dünya çempionatının seçmə oyunu terror aktına görə təxirə salındı: 14 nəfər həlak olub

14:46 17 Mart 2015

Futbol üzrə 2018-ci il dünya çempionatının Asiya zonası üzrə Pakistan və Yəmən yığmaları arasında keçirilməli olan seçmə matçı təxirə salınıb.

 

 

Sportarena.az xəbər verir ki, buna terror aktı səbəb olub.

Hadisə Pakistanın Lahor şəhərində baş verib. Nəticədə 14 nəfər ölüb, 70 nəfər yaralanıb. Təhlükəsizlik tədbiri kimi oyun neytral meydanda keçiriləcək. Matçın vaxtı hələ müəyyənləşməyib. 

 


Xəbər xətti