Zabit Səmədov 1 milyon dollar uğrunda mübarizədə

15:03 17 Mart 2015

O, növbəti döyüşünü Dubayda keçirəcək.

Aprelin 17-də Dubayda K-1-in azərbaycanlı döyüşçüsü Zabit Səmədovnövbəti döyüşünü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, bu, Global Fighting Championship 4 Man Heavyweight Tournament-in yarımfinal döyüşüdür.

Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. Hesabında olan 52 döyüşün 45-də (40-ı nokaut ilə) Makkinnon qələbə qazanıb və 7-də məğlub olub.   

Zabit Səmədov öz opponentindən gəncdir (30 yaş), amma daha təcrübəlidir. Azərbaycanlı döyüşçünün aktivində 82 döyüş var, onların 72-də qələbə qazanıb (35-i nokaut ilə).  

Digər yarımfinalda isə iranlı Cəfər Əhmədi və alman Dano İlinqa görüşəcəklər.

Yarımfinalların qalibləri 1 milyon dirhəm (təxminən 272 min Amerika dolları) alacaq. Final dekabrda baş tutacaq. Onun qalibi isə 1 milyon dollar qazanacaq.


Digər xəbərlər

Xəbər xətti