Türkiyəli hakim Cüneyt Çakır Avropa Liqasının 1/8 finalın mərhələsinin cavab oyunlarına təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, martın 19-u keçiriləcək "Roma" - "Fiorentina" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. "Roma" - "Fiorentina" qarşılaşması martın 19-u, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda 1:1 hesablı bərabərlik qeydə alınıb.