Superkubokun keçirilmə tarixi müəyyənləşir

18:39 17 Mart 2015

Azərbaycan Superkuboku uğrunda oyun mövsümün sonuna qədər baş tutacaq.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə apasport.az saytına PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

 

O bildirib ki, Superkubok məsələsi hazırda qurumun gündəmindədi və yaxın günlərdə tarix müəyyənləşəcək: “Ramin müəllim (Ramin Musayev - R.S.) bu məsələni klublarla müzakirə edəcək. Bayrama qədər klub rəsmiləri ilə görüş keçirilməlidi. Ondan sonra vaxt müəyyənləşdiriləcək. Biz tərəfdən heç bir problem yoxdu. Kubokumuz, bayraqlarımız, medallarımız var. Sadəcə, klublar narazı qalmasınlar. Bilirsiniz ki, təqvim çox sıxdı. Ortaq məxrəcə gəlib bir gün təyin olunacaq. Mövsümün sonuna qədər bu qarşılaşmanın baş tutmasını istəyirik. Amma Superkubok matçının hansı stadionda oynanılması müzakirələrdən sonra bəlli olacaq”.

 

Qeyd edək ki, Superkubok oyununda son çempion “Qarabağ”la ölkə kubokunun qalibi “Neftçi” üz-üzə gələcək.

 


Digər xəbərlər

Xəbər xətti