Ronaldinyonu Meksika klubundan da qovdular

19:39 17 Mart 2015

Braziliyalı futbolçu Ronaldinyo Meksikanın "Keretaro" komandasından qovulub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun məşqlərə qatılmaması olub.

Futbolçu Meksika çempionatının X turunda "Toluka"ya qaşrı keçirilən görüşdə meydana çıxmayıb.

Braziliyalı eyni hallara görə bundan öncə də problem yaşayıb. Ötən ilin iyulunda "Atletiko Mineyro"da forma geyinən Ronaldinyo intizamsız davranışları səbəbindən komandadan xaric edilmişdi.

Qeyd edək ki, "Keretaro" 10 turdan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti