Kiprdə futbol hakiminin avtomobili yandırılıb

19:44 17 Mart 2015

Kiprdə naməlum şəxslər futbol hakimi Leontios Trattosun avtomobilini yandırıblar. 

 

 

Sportarena.az  "Cyprus-Mail"ə istinadən xəbər verir ki, araşdırmaların ilkin mərhələsi maşının qəsdən yandırıldığını üzə çıxarıb. 

42 yaşlı referinin avtomobili onun evi qarşısında hücuma məruz qalıb. Lakin maşına zərər dəyməyib. 

Qeyd edək ki, bu, Kiprdə futbol hakimlərinə ilk hücum faktı deyil. Ötən ay I divizionda oyunları idarə edən 38 yaşlı hakimin evi qarşısında əl bombası partlayıb. 

 


Xəbər xətti