Azərbaycan Premyer Liqasının XXVI turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyunöncəsi son məşqini keçirib.
Sportarena.az xəbər verir ki, komanda martın 17-də səhər saatlarında Bakıya yollanaraq paytaxtın “New Baku” otelində məskunlaşıb.
Cənub klubu saat 16:00-dan etibarən Şüvəlanda oyunöncəsi son məşqinə çıxıb. Ümumilikdə 50 dəqiqə sürən hazırlıq prossesinin ardından yenidən “New Baku” otelinə qayıdan “Xəzər Lənkəran” matçın başlama saatını gözləyir. (12cioyuncu.info)