Dünyanın ən zəif millisi mundialın növbəti mərhələsində

23:37 17 Mart 2015

Butan FIFA-nın reytinqində sonuncu - 209-cu yeri tutur.

 

Futbol üzrə Butan yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsinin ilkin raundu çərçivəsində Şri-Lanka millisi üzərində qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, cavab oyunu 2-1 hesabı ilə başa çatıb. İlk matçda da Butan 1-0 hesabı ilə üstün olmuşdu.

Butan təsnifat raundunda 5 komandadan ibarət 8 qrupdan birinə düşəcək, yekunda isə mundiala yola düşmək üçün Yaponiya, İran və Cənubi Koreya kimi ölkələrlə qarşılaşa bilər.

Qeyd edək ki, Butan FIFA-nın reytinqində sonuncu - 209-cu yeri tutur.

 


Xəbər xətti