Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportarena.az xəbər verir ki, dünən Fransada "Monako" "Arsenal"ı qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib. 1/8 finala “Monako” adlayıb.
“Monako” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:2
Qollar: Jiru, 36, Remsi, 79
Baş hakim: Sven Oddvat Moen (Norveç)
Monako. II Lui stadionu
İlk oyun – 3:1
"Monako": Subaşiç, Fabinyo, Kurzava, Abdennour, Vallase, Dirar (k), Moutinyo, Kondoqbya, Tulalan (k), Berbatov, Martial
"Arsenal": Ospina, Mestezaker (k), Koselni, Monreal, Bellerin, Özil, Santi Kasorla, Koklen, Jiru, Aleksis Sançes, Uelbek