Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportarena.az xəbər verir ki, Madriddə "Atletiko" Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxıb – 1:0. Ümumi hesab bərabər olduğundan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (3:2) madridlilər 1/4 finala yüksəlib.
“Atletiko” – “Bayer” - 1:0 (penaltilər seriyası - 3:2)
Qol: Suares, 27
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Madrid. Visente Kalderon stadionu
İlk oyun – 0:1
"Atletiko": Moya, Qomes, Xuanfran, Miranda, Ximenes, Mario Suares, Qrizmann, Arda Turan, Koke (k), Kani, Mandzukiç
"Bayer: Leno, Spahiç, Hilbert, Ömər Toprak, Vendell, Bender (k), Hakan Çalhanoğlu, Kastro, Bellarabi, Son-Honq Min, Drmiç