"Qarabağ", "Simurq" və "Qəbələ" yola 3 xalla davam edir

19:53 18 Mart 2015

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunun görüşlərinə start veriləcək.

 

 

Sportarena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsinə təsadüf edən son tur paytaxtda başlayacaq.

 

Açılış matçında “Bakı” doğma publika önündə “Simurq”u sınağa çəkəcək. Bu görüşdə autsayderlərin qalib gələcəyi inandırıcı görünmür. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Zaqatala klubu qarşılaşmanın favoritidi.

 

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Bu matç Qurban Qurbanovun yetirmələri üçün heç də asan keçməyəcək.

 

Turun mərkəzi oyunu “İnter Arena”da baş tutacaq. Yekun qarşılaşmada “İnter” “Qəbələ”ni qəbul edəcək.

 

Qeyd edək ki, XXVI turda “Neftçi” istirahət edir.

 

 

Azərbaycan Premyer Liqası

XXVI tur

18 mart (çərşənbə)

“Bakı” – “Simurq” 0:3

Qol: Zərgərov, 3; 75; Ceran, 40
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
İlk 2 dövrədəki oyunlar: 2:1, 2:5
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

 

“Sumqayıt” – “Qarabağ” 1:2

Qollar: Ağayev, 51; Reynaldo, 53; 69
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
İlk 2 dövrədəki oyunlar: +:-, 0:2
“Kapital Bank Arena”

 

 “İnter” – “Qəbələ” 1:2 

Qollar: Amisulaşvili, 73; Qay, 39; Abışov, 90+1

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
İlk 2 dövrədəki oyunlar: 4:0, 1:1
 İnter Arena”

 


Digər xəbərlər

Xəbər xətti