Di Mariya "Mançester Yunayted"dən ayrılır

13:30 18 Mart 2015

Mövsümün sonunda Anxel Di Mariyanın “Mançester Yunayted” klubu ilə yollarını ayırcağı ilə bağlı məlumatlar səngimək bilmir.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçunun yayda vətəninə qayıdacağı haqda dolaşan xəbərlərə “Qırmızı şeytanlar”ın baş məşqçisi Lui van Qal münasibət bildirib:

“Di Mariyanın əvəzinə danışa bilmərəm. Sözsüz ki, sonda qərarı futbolçu verir. Ancaq baş məşqçi olaraq Di Mariya kimi futbolçuya ehtiyacım var. Onun özünü göstərməsinə hardasa zədələr imkan vermir. Bəlkə də bu baxımından futbolçu komandadan getmək istəyir. Lakin ümid edirəm ki, Di Mariya düzgün qərar verəcək və “Mançester Yunayted”i tərk etməyəcək”.


Digər xəbərlər

Xəbər xətti