21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. BƏƏ komandasının qapısından topları yığmamızın heyətində Sevinc Cəfərzadə, Natalya Rodelqo, Nigar Cəlilli və Aliyə Vəliyeva keçirib. Bir dəfə isə avtoqol qeydə alınıb.