İbrahim Uzunca: "Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram"

17:46 18 Mart 2015

Azərbaycan Premyer Liqasıın XXVI turunda “Bakı” doğma meydançasında “Simurq”a 0-3 hesabı ilə məğlub oldu.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca oyun barədə fikirlərini bölüşüb.

“Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı. Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.


Digər xəbərlər

Xəbər xətti