Sabiq braziliyalı futbolçu Roberto Karlos Andorra bankındakı pullarını itirmək təhlükəsiylə üzləşib.
Sportarena.az xəbər verir ki, Andorranın “Banka Privada de Andorra” bankının bir çox mafiya qruplaşmaları ilə əlaqəsi olduğu üzə çıxdığından onların bütün hesabı dövlət tərəfindən bağlanıb.
Andorra hökuməti bankdakı hesabında 100 min avrodan az məbləğ olan insanların pulunun qaytarılacağı sözünü verib. Ancaq bu, əfsanəvi futbolçu Roberto Karlosa heç cür sərf etmir. Belə ki, Karlosun Andorra bankında 2 milyon 800 min avrodan artıq pulu olduğu güman edilir.
Roberto Karlos hazırda Türkiyə Superliqasında çıxış edən “Akhisar”ın baş məşqçisidir.