Aqil Məmmədov: "Nəticədən danışmayacağam"

18:29 18 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ” səfərdə “Sumqayıt”I 2-1 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov oyun barədə fikirlərini bölüşüb:

 “Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam.  Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”. 

 


Digər xəbərlər

Xəbər xətti