QALMAQAL: “Bakı” ikinci hissəni oynamaq istəmədi

19:11 18 Mart 2015

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Bakı" doğma azarkeşləri önündə "Simurq"la görüşüb.

 

 

Sportarena.az Futbolinfo.az-a istinadən xəbər verir ki, “Simurq”un birinci hissəni 2:0 hesabı ilə bitirdiyi qarşılaşmanın fasiləsində ara qarışıb. Paltardəyişmə otağına gedən koridorda dava düşüb. Paytaxt klubu rəqibin vurduğu ikinci qola etiraz edib. Bundan sonra “Bakı” klubunun rəsmiləri hakimlərə təzyiq göstərib. Hətta məsələyə polis də qarışıb. Polisin müdaxiləsindən sonra mübahisənin qarşısı alınıb.

 

Amma meydan sahibləri ikinci hissədə meydana çıxmaq istəməyib. "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyunun davam etməsinə qarşı çıxıb. O, hakimləri suçlayıb, onlara qarşı qərəzli olduqlarını vurğulayıb. Lakin son anda türk mütəxəssisi razı sala biliblər.

Qeyd edək ki, matç "Simurq"un 0:3 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti