Bu gün baş tutan "Bakı" - "Simurq" matçında baş hakim Ömər Paşayev maraqlı qərarı ilə gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, matçın 38-ci dəqiqəsində "Simurq"un cinahdan ötürməsi zamanı "Bakı"nın müdafiəçisi Vüqar Bəybalayev topu uzaqlaşdırmaq istəyərkən qolkiper Elxan Əhmədov topa sahib çıxır. Oyunun baş hakimi Ömər Paşayev bu epizodu qapıçıya pas kimi dəyərləndirir və sərbəst zərbə təyin edir. Qeyd edək ki, sərbəst zərbə qolla nəticələnir. Bu qərar "Bakı"nın futbolçuları özündən çıxarır.