"Xəzər Lənkəran"ın oyunçusu Alfred Sanko Premyer Liqanın 26-cı turunda "AZAL"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra avrofutbol.com-un əməkdaşının suallarını cavablandırıb.
Sportarena.az həmin qısa müsahibəni nəzərinizə çatdırır:
- Keçən tur "Qarabağ"a məğlub oldunuz. Bu oyun haqqda nə deyərdin?
- Düzdür məğlub olduq. "Qarabağ"a qarşı da, digər oyunlarda da gözəl oyun göstərirdik. Amma son nöqtəni qoya bilmirik. Bu da gənclərin təcrübəsizliyindən irəli gəlir.
- Artıq kubokda da "İnter"ə məğlub olaraq mübarizədən kənarda qalmısınız...
- "Inter" təcrübəli komandadır. Heyətində güclü oyunçular var. Bəli "İnter"ə də məğlub olduq. Kubok mövsümdə titul qazanmaq üçün son şansımız idi. Artıq o şansımızı da itirdik. Çox təəssüflənirəm buna.
- Bu turda da məğlub oldunuz. Fikrincə səbəb nə idi ?
- Bu gün ilk qolu biz vurduq amma məğlub olduq. Bu gün digər oyunlara baxdıqda komanda şəklində oyunumuz alınmadı. Fikrimcə məğlubiyyətin səbəbi də elə bu oldu.
- Gələn tur Lənkəranda "Sumqayıt"la oynunuz var. Nisbətən zəif rəqiblə ev oyununda azarkeşləri sevindirə biləcəksinizmi ?
- "Sumqayıt"ın da heyətində təcrübəli oyunçular var. Amma bu oyunda üç xal qazanacağımıza inanırıq. Çalışacağıq üç xalı qazanaq və azarkeşləri sevindirək.