Premyer Liqanın XXVI turunda səfərdə AZAL klubuna 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda Premyer Liqada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirəcək. Novruz bayramından sonra, martın 24-də cənub təmsilçisi Lənkəranda toplanacaq. Məhz bayramdan sonra klubda görüləcək ciddi tədbirlər barədə ictimaiyyətə açıqlama veriləcək. Məlumata görə komandanın bir neçə üzvünün cəzalandırılaraq əvəzedici heyətə göndəriləcəyi də gözlənilir. (12cioyuncu.info)